SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.Şirkətin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, iclasda SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı çərçivəsində kimya mühəndisliyi, geologiya mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat və insan resurslarının idarə edilməsi ixtisas qrupları üzrə təhsilini başa vurmuş 7 məzunun hesabat xarakterli təqdimatları dinlənilib. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Hesabatlar dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yerləri təklif edilib.Qeyd edək ki, 2006-cı ildən etibarən SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramına 293 nəfər cəlb edilib. 30 nəfər tələbə hazırda proqram çərçivəsində təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…