Tərəfdaşlıq sazişi imzalanıb

6 Fevral 2017 11:04

Xəbər 957 dəfə oxunub

Fevralın 6-da BP şirkəti ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb.Azərtac xəbər verir ki, sazişi gənclər və idman naziri Azad Rəhimov və BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.Bu tərəfdaşlıq BP-nin Azərbaycanda idmanın inkişafına dəstək verməklə bağlı öhdəliyinin bir hissəsidir. Sazişə əsasən, BP “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla yanaşı, oyunlara və sonrakı yarışlara hazırlıq keçən 7 milli idman elçisinə, eləcə də könüllülərə dəstəyini göstərəcək.xeber100.com