Oktyabrın 1-də Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilib.Azərtac xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və ailə üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qoşulublar.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə müsahibəsində bildirib ki, əvvəllər Aşura günlərində məscidlərdə bəzi insanların özlərinə xəsarət yetirməklə qançıxarma halları olub. Bu, arzuedilməz, yolverilməz idi. Azərbaycanda bunun əvəzinə ehtiyacı olanlara könüllü qanvermə ənənəsi formalaşıb. Artıq bu ənənə bir çox qonşu ölkələrdə də nümunə kimi istifadə edilir. Aşura günü mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun və qanun çərçivəsində keçirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…