Tacikistan millisi Azərbaycanda təlim-məşq toplanışına başlayıb

8 İyun 2022 15:12

Xəbər 393 dəfə oxunub

Yeniyetmə boksçulardan ibarət Tacikistan millisi Azərbaycanda təlim-məşq toplanışına başlayıb.Bakı Boks Mərkəzində keçirilən hazırlığa Azərbaycan millisinin üzvləri də qatılıblar. Komandalar təlim-məşq çərçivəsində sınaq qarşılaşmalarında da güclərini yoxlayıblar.Qeyd edək ki, Tacikistan yığmasının baş məşqçisi Xurşid Abdulloev ölkəmizdə onlara göstərilən qonaqpərvərlikdən razı qaldığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda təlim-məşq toplanışı və buradakı yoldaşlıq görüşləri komandasında yer alan yeniyetmə boksçulara təcrübə baxımından çox faydalı olacaq.xeber100.com