Taekvando Federasiyasının təşkilatçılığı ilə…

17 Yanvar 2017 10:23

Xəbər 785 dəfə oxunub

Azərbaycan Taekvando Federasiyasının (ATF) təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində gənclər arasında respublika birinciliyi start götürüb.Azərtac xəbər verir ki, 2000-2002-ci il təvəllüdlü taekvandoçular arasında keçirilən yarışda 10 çəki dərəcəsində 300 oğlan və 65 qız mübarizə aparır.Yarışda Bakıda və bölgələrdə fəaliyyət göstərən komandalar təmsil olunurlar. Turnirin birinci günündə oğlanların yarışında 45, 55, 78, qızların mübarizəsində isə 42 kiloqram çəki dərəcələrində yarışlar keçirilir.xeber100.com