Taekvando Federasiyasının təşkilatçılığı ilə…

21 Yanvar 2017 11:21

Xəbər 904 dəfə oxunub

Azərbaycan Taekvando Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən böyüklər arasında ölkə çempionatının birinci günündə beş çəki dərəcəsində qaliblər müəyyənləşib.Azərtac xəbər verir ki, qızların yarışında Paniz Esmaeilpur (49 kq), Gülhanım Yeşildal (53 kq) bütün rəqiblərinə qalib gələrək çempion adına sahib olublar.Oğlanların mübarizəsində isə Qaşım Maqomedov (54 kq), Ələsgər Əliyev (68 kq) və Elvin Məmmədov (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Respublika çempionatının sonuncu günündə kişi taekvandoçular 58, 63, 80, 87 və 87 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Qadınlar arasında isə yarışlar 46, 57, 62, 67, 73 və 73 kiloqramdan yuxarı çəki dərəcələrində keçiriləcək.xeber100.com