Taekvando üzrə beynəlxalq turnir keçirilir

5 Fevral 2017 14:27

Xəbər 997 dəfə oxunub

İranın Kərəc şəhərində yeniyetmə və uşaqlar arasında taekvando üzrə beynəlxalq turnir keçirilir. İran İslam İnqilabının 38-ci ildönümünə həsr olunan turnirdə Azərbaycanı təmsil edən 7 yeniyetmə idmançımız uğurla mübarizə aparıblar.Turnirin birinci günündə Ramal Əliyev (25 kq) və Ağa İsmayılzadə (27 kq) birinci yeri tutaraq qızıl medallara sahib olublar. Digər çəki dərəcələri üzrə yarışlarda isə Fuad Mirzəyev ikinci, Mirhüseyn Zəkiyev, Azər Eyvazlı, Tarix Əliyev və Poladxan İbrahimov üçüncü yerdə qərarlaşıblar.xeber100.com