Taekvando üzrə Qran-Pri turnirinin ikinci mərhələsi başa çatıb

26 Sentyabr 2017 12:07

Xəbər 1055 dəfə oxunub

Mərakeşin paytaxtı Rabatda taekvando üzrə Qran-Pri turnirinin ikinci mərhələsi başa çatıb.Azərtac xəbər verir ki, G4 kateqoriyalı beynəlxalq yarışda böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvü Milad Beigi Hərçəqani (80 kq) yarımfinalda misirli Seif Essaya uduzaraq bürünc medalla kifayətlənməli olub.Ayxan Tağızadə və Məhəmməd Məmmədov (hər ikisi 68 kq) isə yarımfinala vəsiqə uğrunda qarşılaşmalarda məğlubiyyətə uğrayıblar.Yarışda qalib gələn idmançı aktivinə 40, ikinci yerin sahibi 24, üçüncü yerə çıxanlar isə 14,4 reytinq xalı əlavə edir.Komandamız sentyabrın 26-da Vətənə qayıdacaq.xeber100.com