Sentyabrın 16-da Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Taekvando Federasiyasının (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə taekvando üzrə gənclər arasında üçüncü “Koreya səfiri kuboku” turnirinə start veriləcək.Azərtac xəbər verir ki, yarışın təşkilində məqsəd ölkədə taekvandonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsini və ustalığını artırmaqdır. Ümumilikdə, yeniyetmələrin sağlam həyat tərzi üçün idmanla məşğul olması da əsas məqsədlər sırasına daxildir.Turnirdə respublikamızda fəaliyyət göstərən taekvando bölmələrinin və klublarının üzvləri, 2000-2003-cü il təvəllüdlü gənc idmançılar mübarizə aparacaqlar.İki gün davam edəcək yarışlara hər gün saat 09:00-dan etibarən start veriləcək.“DAEDO” beynəlxalq taekvando qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutan idmançılar ATF və Koreya səfirliyinin təsis etdiyi kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.Xatırladaq ki, turnir 2015-ci ildə Qubada, ötən il isə Qəbələdə keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…