Taekvando yarışları çərçivəsində növbəti görüş keçirilib

16 May 2017 11:12

Xəbər 676 dəfə oxunub

IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları çərçivəsində növbəti görüş keçirilib.Azərtac xəbər verir ki, mübarizəyə səkkizdəbir finaldan qoşulan yığma komandamızın üzvü, gənclər arasında dünya ikincisi Qaşım Maqomedov (54 kq) Pakistan idmançısı Umar İqballa ilə üz-üzə gəlib.İlk görüşdə rəqibini 26:6 hesabı ilə məğlub edən təmsilçimiz dörddəbir final mərhələsinə yüksəlib.xeber100.com