Taekvandoçular arasında Avropa çempionatına start verilib

7 Aprel 2017 12:03

Xəbər 744 dəfə oxunub

Bolqarıstanın paytaxtı Sofiyada 21 yaşadək taekvandoçular arasında Avropa çempionatına start verilib.Azərbaycan Taekvando Federasiyasından Azərtac-a bildirilib ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.Komandamızın heyətində Fizam Mehtiyev ölkəmizə ilk medalı qazandırıb. Təmsilçimiz 58 kiloqram çəki dərəcəsində ilk döyüşünü Albert Hovannisyana qarşı keçirib və mübarizədən qalib ayrılıb. Həmyerlimiz Ermənistan taekvandoçusunu isə 23:3 hesabı ilə məğlub edib.Təmsilçimiz ardınca yerli Koloyan Binevi və ukraynalı İqor Poyedinoku da məğlub edərək yarımfinala adlayıb. Finala vəsiqə uğrunda İsrail taekvandoçusu Dmitri Naqayevlə gərgin keçən döyüşün əsas vaxtı bərabər hesabla bitsə də, F.Mehtiyev qızıl xalla məğlub olaraq, bürünc medalla kifayətlənib.Digər idmançımız Paniz Esmaeilpour 46 kiloqram çəki dərəcəsində ilk döyüşündə israilli idmançı Abishaq Semberqlə görüşdə əsas vaxtı bərabər başa vursa da, döyüşü qızıl xalla əldən verib. O bununla da mübarizəni vaxtından əvvəl dayandırıb.Xatırladaq ki, komandamız Avropa birinciliyinə 7 taekvandoçu ilə qatılıb. Yarışa aprelin 9-da yekun vurulacaq.xeber100.com