Azərbaycan taekvondoçuları İstanbulda keçirilən G1 kateqoriyalı “Turkish Open” turnirində uğurla çıxış edirlər.Azərtac Azərbaycan Taekvondo Federasiyasının saytına istinadla xəbər verir ki, klublararası Avropa çempionatından sonra sayca beşinci olan bu turnirdə gənclərdən ibarət milli komandamızın üzvləri mübarizə aparırlar.Yarışın ikinci günündə iki idmançımız fəxri kürsüyə qalxmağa nail olub. Bir neçə gün əvvəl klublararası Avropa birinciliyində çempion olan taekvondoçulardan Cavad Ağayev (63 kq) və Minayə Əkbərova (44 kq) yalnız final döyüşündə məğlubiyyətə uğrayaraq yarışı gümüş medalla başa vurublar.Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi ilə millimiz bu yarışda da 17 gənc taekvondoçu ilə təmsil olunur.“Turkish Open” turnirinə fevralın 14-də yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…