Türkiyənin Antalya şəhərində keçirilən klublararası Avropa çempionatına yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G1 kateqoriyalı yarışın son günündə Azərbaycan taekvondoçuları daha 6 medal qazanıblar.40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda Rionun bürünc mükafatçıları Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (53 kq, hər ikisi “Gilan” İK) yarışın qalibi olub.Olimpiya çempionumuz Radik İsaev (+87 kq, “Gilan” İK) və Ramin Əzizov (87 kq, “Qafqaz” TK) isə həlledici döyüşdə uduzduqlarından gümüş medalla kifayətlənib.Daha 3 idmançımız – Yaprak Eriş (57 kq), Fəridə Əzizova (67 kq, hər ikisi “Gilan” İK) və Ceyhun Həsənli (+87 kq, “Savalan” TK) isə yarışı yarımfinal mərhələsində başa vurub.Beləliklə, Azərbaycan klublarının idmançıları 4 gün davam edən klublararası Avropa çempionatını 31 (9-10-12) medalla başa vurublar. Yarışın nəticəsinə əsasən “Gilan” İdman Klubu bütün yaş kateqoriyaları üzrə ümumi komanda hesabında qitə çempionu adına yiyələnib.Qeyd edək ki, sabah G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirinin startı veriləcək. Milli komandalarımızın üzvləri, habelə bir sıra klublarımız bu yarışda da qüvvələrini sınayacaq.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…