Taekvondo üzrə 26-cı dünya çempionatına yekun vurulub

4 İyun 2023 15:08

Xəbər 63 dəfə oxunub

Bakıda təşkil olunan taekvondo üzrə 26-cı dünya çempionatına iyunun 4-də yekun vurulub.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çuya təqdim edib. Dünya Taekvondo Federasiyasının rəsmisi isə bayrağı 2025-cü ildə dünya çempionatına ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının nümayəndəsinə verib.

Çunqvon Çu taekvondo üzrə 26-cı dünya çempionatının yüksək təşkilatçılığına görə minnətdarlığını bildirib və yarışı bağlı elan edib.

Çinin 2025-ci ildə dünya çempionatına ev sahibliyi etməsi barədə qərar Dünya Taekvondo Federasiyası Şurasının Bakıda keçirilən görüşündə qəbul olunub. Çinin Usi şəhəri dünya çempionatına ev sahibliyi uğrunda səsvermədə Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya) və Şarlott (ABŞ) şəhərlərini qabaqlayıb.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edib.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edib. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilib.

Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunub. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.xeber100.com

Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb

Sentyabrın 22-24-də Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb. Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub. 60 kq Balabəy Ağayev - Lukhumi Çkvimiani (Gürcüstan) Əhməd Yusifov - Jorre Verstraeten (Belçika) Rövşən Əliyev - Lior Rafailov (İsrail) Nazir Talıbov - Giorgi Sardalaşvili (Gürcüstan) 66 kq Qasım Vəlizadə - Antoni De Angelis (Latviya) Yaşar Nəcəfov - Yermek Amangeldi (Qazaxıstan) Rəşad Yelkiyev - Lukas Saha (Finlandiya)/Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi Ruslan Paşayev - Tal Fliçer (İsrail) 73 kq Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan) Telman Vəliyev - Faye Njie (Qambiya) Nurlan Osmanov - Dioqo Sesar (Qvineya Bissau) Rəşid Məmmədəliyev - Benjamin Axus (Fransa) 81 kq Məmmədrza Hacızadə - Arnaud Areqba (Fransa)/Məhəmməd Rebahi (Qətər) cütünün qalibi Elcan Şəfiyev - Antonio Espozito (İtaliya)/Hrafn Arnarsson (İslandiya) cütünün qalibi Zelim Tçkayev - Aleks Barto (Slovakiya) Məhərrəm İmamverdiyev - Aibol Nussanali (Qazaxıstan) 90 kq Murad Fətiyev - Srcan Mrvalyeviç (Monteneqro) Elcan Hacıyev - Aleksandr Sidoruk (İJF) Əjdər Bağırov - Yermakhan Anuarbekov (Qazaxıstan) Musa Hüseynli - Yahor Varapayev (İJF)/Aleks Kret (Rumıniya) cütünün qalibi 100 kq Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya) Zelim Kotsoyev - Matias Madsen (Danimarka) +100 kq İmran Yusifov - Kamzat Saparbayev (Fransa) Rəşid Məmmədəliyev - Juscelino Nasimento (Braziliya) Uşangi Kokauri - Karl Stefansson (İslandiya)/Joao Kesarino (Braziliya) Ramazan Əhmədov - Tamerlan Başayev (İJF) Qadınlar 48 kq Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya) Şəfəq Həmidova - Meri de Varqas (Çili) Leyla Əliyeva - Tamar Malca (İsrail) 52 kq Gültac Məmmədəliyeva - Joana Dioqo (Portuqaliya) 57 kq Nərgiz Hacıyeva - Timna Nelson Levi (İsrail) 70 kq Günel Həsənli - Eliza Vroblevska (Polşa) Südabə Ağayeva - Darya Kramoykina (İJF) Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında təşkil olunacaq.xeber100.com

Sentyabr 21, 2023 14:36