Estoniyanın paytaxtı Tallində taekvondo üzrə Avropa birinciliyi davam edir.Azərtac xəbər verir ki, uşaq, yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyində milli komandamızın üzvləri də qüvvələrini sınayırlar.Turnirin üçüncü yarış günündə kiçikyaşlı yeniyetmə idmançımız medala sahib olub. Belə ki, “Ümid” taekvondo klubunu təmsil edən Sabir Məmmədli (27 kq) Serbiya və Ukrayna təmsilçilərini məğlub edərək finala vəsiqə qazanıb. Yalnız finalda Ukraynanın digər idmançısına məğlub olan taekvondoçumuz yarışı gümüş medalla başa vurub.Qeyd edək ki, bundan əvvəl yeniyetmələrdən ibarət millimizin dörd üzvü medal qazanıb. Belə ki, Məhəmməd Həsənli (37 kq) qızıl, Hüseyn Xudiyev (65 kq) gümüş, İlyas Hətəmli (33 kq) və Zəhra İsayeva (29 kq) isə bürünc medala layiq görülüblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…