Taekvondo üzrə Avropa çempionatı davam edir

20 May 2022 12:04

Xəbər 409 dəfə oxunub

Böyük Britaniyanın Mançester şəhərində böyüklər arasında taekvondo üzrə Avropa çempionatı davam edir.Yarışın ikinci günündə kişi taekvondoçularımızdan Pərviz İskəndərov (58 kq), Milad Hərçəqani (87 kq) və parataekvondoçu İmaməddin Xəlilov (K44 70 kq) döyüşlərə qatılacaqlar.Təmsilçilərimizin rəqibləri də artıq bəllidir. Belə ki, P.İskəndərov ilk qarşılaşmasını fransalı taekvondoçu Cyrian Ravet, M.Hərçəqani yunanıstanlı İoannis Papadopoulos, İ.Xəlilov isə özbəkistanlı Asilbek Husanova qarşı keçirəcək.xeber100.com