Taekvondo üzrə Azərbaycan birinciliyi start götürüb

30 Noyabr 2021 11:07

Xəbər 418 dəfə oxunub

Bu gün Sumqayıt Olimpiya İdman Kompleksində taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürüb.Azərtac xəbər verir ki, yarışda 2008-2010-cu il təvəllüdlü idmançılar iştirak edirlər. Belə ki, turnirdə 372 taekvondoçu mübarizə aparır. Onlardan 281-i oğlan, 91-i isə qızdır.Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə keçirilir.Turnir iki gün davam edəcək.xeber100.com