Mayın 11-də Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin və “Aran” taekvondo klubunun təşkilatçılığı və dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən taekvondo üzrə uşaq, yeniyetmə və gənclər arasında beynəlxalq turnirə start veriləcək.Azərtac xəbər verir ki, yarışın təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsini və ustalığını artırmaqdır.Müxtəlif çəki dərəcələrində keçiriləcək yarışda 2001-2003-cü il təvəllüdlü gənc idmançılar, 2004-2006-cı il təvəllüdlü yeniyetmələr və 2007-2008-ci il və 2009-2010-cu il təvəllüdlü uşaqlar mübarizə aparacaqlar.Üç gün müddətində davam edəcək yarışlardakı döyüşləri ATF-nin hakimləri idarə edəcək.“DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutacaq idmançılar və komandalar kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…