Tunisin Hammamet şəhərində keçirilən gənclər arasında taekvondo üzrə dünya birinciliyinin üçüncü gününə yekun vurulub. Yarış Azərbaycan milli komandasının və “Qəbələ” idman klubunun taekvondoçusu Cavad Ağayev üçün uğurlu alınıb.Azərtac xəbər verir ki, gənc idmançımız bütün rəqiblərinə qalib gələrək dünya çempionu adına yiyələnib. Turnirdə 63 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan C.Ağayev öncə Pakistan, ABŞ, Koreya Respublikası, Efiopiyadan olan rəqiblərini yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib. Bu mərhələdə iranlı idmançıya qalib gələn C.Ağayev finalda italiyalı taekvondoçu ilə üz-üzə gəlib. Gərgin keçən həlledici döyüşdə də qələbə qazanan təmsilçimiz yarışın qızıl medalına sahib olub. Bununla da C.Ağayev həm dünya çempionu olub, həm də rəqibindən bir neçə gün öncə lisenziya xarakterli turnirdəki məğlubiyyətin əvəzini çıxıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…