Taekvondo üzrə dünya çempionatı keçiriləcək

24 Sentyabr 2016 07:29

Xəbər 739 dəfə oxunub

Gələn ilin mayında Azərbaycanda IV İslam Həmrəylik Oyunları, iyunda isə Koreya Respublikasında taekvondo üzrə dünya çempionatı keçiriləcək. Bu iki mötəbər yarışlara, həmçinin dekabrda Meksikada keçiriləcək son Qran-pri turnirinin final mərhələsinə hazırlaşmaq üçün milli komandamız oktyabrın 3-dən məşqlərə başlayacaq. Bu sözləri taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının böyük məşqçisi Elnur Amanov Azərtac-a məxsusi müsahibəsində deyib. E.Amanov bildirib ki, IV İslam Həmrəylik Oyunları doğma Vətənimizdə təşkil ediləcəyi üçün bu Oyunlara daha məsuliyyətlə hazırlaşırıq. Taekvondo idman növündə bir il Avropa, digər il isə dünya çempionatı keçirilir. Sonuncu dünya çempionatı 2015-ci ildə Rusiyada təşkil edilib. Həmin çempionatda Radik İsayev qızıl medal qazanmışdı. İdmançılarımızın Tokio Olimpiadasına vəsiqə qazanması üçün indidən hazırlaşırıq. Yetirmələrimin beynəlxalq yarışlarda da iştirak edib Olimpiya Oyunları üçün xal yığması çox mühüm əhəmiyyət kəsb edir. Ona görə çalışacağıq ki, bu il və gələn il yüksək xal verən yarışlarda daha çox iştirak edək. Ən çox xal bu turnirlərdə qazanılacaq.xeber100.com