Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə gənclər arasında taekvondo üzrə “Koreya səfiri kuboku” keçiriləcək.Azərtac xəbər verir ki, sentyabrın 13-14-də Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək yarışda 2002-2004-cü il təvəllüdlü gənc taekvondoçular dayanq üzərinə çıxacaqlar.Yarış Azərbaycanda və bölgələrdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, Azərbaycan ilə Koreya arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.“DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutan idmançılar ATF və Koreya Respublikası səfirliyinin təsis etdiyi kubok, diplom, medallar və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…