Tallində Estoniya Yəhudi İcmasının mərkəzi ofisində ölkənin Azərbaycan İcması ilə görüş keçirilib.Apa-nın məlumatına görə, görüşdə Azərbaycan İcmasının rəhbəri Niyazi Hacıyev, Yəhudi İcmasının rəhbəri Alla Yakobson, İcmanın icraçı direktoru Vadim Revilin iştirak edib. Görüşdə icmalar arası birgə layihələr müzakirə olunub. A. Yakobson bildirib ki, birgə əməkdaşlıq nəticəsində Estoniyada Yəhudi və Azərbaycan icmasının əlaqələri daha da sıxdır: “Azərbaycanlılar çox fəaldırlar. Bizim xalqların bir çox cəhətləri oxşardır və bu bizim bütün dünyada birgə fəaliyyətimizə stimuldur. Biz payızda icmamızda Azərbaycan mədəniyyəti günlərini keçirməyi planlaşdırırıq. Bizim Estoniyada azərbaycanlılarla 25 ildən çox sıx münasibətlərimiz var”. V. Revilin isə deyib ki, bizim xalqlar öz yaxın və keçmiş tarixləri ilə yaxından maraqlanırlar, bir birlərinin tədbirlərində yaxından iştirak edirlər: “Bizim Holokost faciəsi tədbirlərinə azərbaycanlılar qatılır, azərbaycanlıların Xocalı soyqırımına da yəhudilər qatılır. Birlikdə qeyd edirik. Bizim nümayəndələr tez-tez Bakıda olur. Bizim icmamızda Bakıdan xeyli yəhudilər var”. Görüşdə xeyli fikir mübadiləsi aparılıb.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…