Bu ilin sonunadək Trans-Anadolu (TANAP) qaz kəməri vasitəsilə “Şahdəniz” yatağından 3 milyard kubmetrədək qaz nəql olunacaq.Bu barədə özəl olaraq Trend-ə TANAP konsorsiumundan bildiriblər.Bu il mayın 1-dən TANAP-ın birinci mərhələsi çərçivəsində 1,5 milyard kubmetr qaz nəql olunub.Bu marşrutla qazın kommersiya nəqli ötən il iyunun 30-dan başlayıb.Hələlik TANAP qaz kəməri Eskişehir şəhərinədək qaz nəql edir. Şərqdə bu kəmər Səngəçal qaz terminalından başlayan Cənubi Qafqaz boru kəməri ilə birləşir.TANAP-ın Eskişehirdən Yunanıstan sərhədinə qədər olan hissəsi işə salındıqdan sonra bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik (TAP) qaz kəməri ilə birləşəcək.Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir.İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…