Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəmərinin bazar sınaqları (market test) üzrə təklif mərhələsi gələn il başlayacaq.Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Üç ötürücü sistem operatoru – TAP AG, “Snam Rete Gas” və “DESFA” davam edən bazar sınaqları üzrə məcburi təklif mərhələsinin 2021-ci ilin iyul ayında baş tutacağını elan edib. Hər 3 operator son bazar şərtlərini nəzərə alaraq, enerji bazarlarının bərpa olunmasına daha çox vaxt ayırmaq istəyir.Xatırladaq ki, ötən il iyulun əvvəlində TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.Qeyd edək ki, TAP layihəsi çərçivəsində Yunanıstanda sınaq işləri tamamlanıb. Mayın 20-dən isə təbii qazın TAP-ın Albaniyadakı 4 kilometrlik hissəsinə – Yunanıstan-Albaniya sərhədində və Bilisht regionunun yaxınlığındakı ölçmə stansiyasına nəqlinə başlanılıb. Bu hissə istifadəyə verildikdən sonra qazın qarşıdakı həftələrdə və aylarda boru kəmərinin Albaniyadakı digər hissələrinə tədricən daxil edilməsi həyata keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…