Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığın ən əhəmiyyətli layihələrindən biri olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) vasitəsilə 2022-ci ilin yanvarın sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın miqdarı 14,5 milyard kubmetrə, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ötürülən qazın miqdarı isə 9 milyard kubmetrə çatıb.Bunu onlayn mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.Bildirib ki, Türkiyə, Yaxın Şərq və Avropanın “ən uzun və ən geniş təbii qaz kəməri” ünvanına malik olan TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Türkiyə marşrutu ilə daşıyaraq TAP bağlantısı ilə Avropaya çatdırır, beləliklə, enerji təchizatı təhlükəsizliyinə və iki ölkənin enerji sahəsində brendləşmə prosesinə töhfə verir.TANAP 2018-ci il iyunun 30-da başlayan kommersiya istismarı fəaliyyətində 3 ildən artıq bir dövrü uğurla başa vurub. TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən qazı Türkiyə sərhədləri daxilində 20 şəhər, 67 rayon və 600 kənddən keçərək Ədirnənin İpsala rayonunda Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya çatdırır.Cənub Qaz Dəhlizinin ən əhəmiyyətli həlqəsi olan TANAP, Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişafına töhfə verməklə yanaşı, Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz təchizatçısı və Avropa İttifaqının yeni qaz təchizatçısı səviyyəsinə çatdırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…