Salyandakı Tarix-Diyarşünaslıq Muzeyində milli-mədəni tariximizi əks etdirən 11 mindən çox nadir eksponat qorunub saxlanılır. Azərtac xəbər verir ki, şair Əli bəy Hüseynzadənin adını daşıyan muzey 1981-ci ildə yaradılıb. İkimərtəbəli binada yerləşən, 2 foye, 5 zal və fond otağından ibarət olan muzeydə müxtəlif ölçülü və təyinatlı keramika, saxsı qab nümunələri, mis, bürünc məişət əşyaları, qədim gil çıraqlar, müxtəlif geyim və parça növləri, qədim dövrlərdə istifadə olunan qadın və kişi aksessuarları, müxtəlif sikkələr, tütün kisələri, təsərrüfat avadanlıqları saxlanılır. Muzeydə Azərbaycan tarixinin bütün mərhələlərinə-daş, gil, tunc və sonrakı dövrlərə aid eksponatlar toplanıb. Nümayiş olunan eksponatların ən qədimi 2800 illik tarixə malik Babazanlı küp qəbirlərdir. Xatırladaq ki, muzeydə saxlanılan küplər, çıraqlar və digər eksponatlar rayonun ən qədim yaşayış məskənlərindən olan Noxudlu, Marışlı və Qırxçıraq kəndlərindən tapılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…