ABŞ ordusunun pilotsuz uçan aparatı Əfqanıstanın şərqində terroristlər olan avtomobilə raket zərbəsi endirib.TASS agentliyi “Doon” qəzetinin məlumatına istinadla xəbər yayıb. Məlumatda bildirilir ki, raket zərbəsi nəticəsində 4 silahlı şəxs və həmçinin “Əl-Qaida”nın səhra komandiri ölüb.Məhv edilən terrorçulardan ikisinin şəxsiyyəti məlum olub. Onlardan biri “Əl-Qaida” terror təşkilatının tanınmış səhra komandiri Ustad Aslam kimi tanınan Kari Yasin olduğu təsdiq edilib. O, əslən Pakistanın Pəncab əyalətindəndir. Burada onun həbsinə 50 min dollar mükafat təyin edilmişdi. Kari Yasin bir sıra terror hadisələrinin, həmçinin prezident Pərviz Müşərrəfə qarşı baş tutmayan sui-qəsdin təşkilində şübhəli bilinirdi.Digər öldürülən şəxs isə “Pakistanın taliblər hərəkatı”ndan olan Amin Şah Mahsud olduğu qeyd olunur. O, bu təşkilat üçün kamikadze-terrorçular hazırlayan təlimatçı olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…