TASS agentliyinin məlumatına görə…

8 İyun 2017 12:06

Xəbər 856 dəfə oxunub

2022-ci ildə dünya çempionatına ev sahibliyi etməli olan 7 dövlət eyni vaxtda Qətər ilə diplomatik əlaqələri kəsib. Beynəlxalq Futbol Federasiyası (FIFA) bununla əlaqədar Qətərin ətrafında yaranmış vəziyyəti diqqətlə izləyir.TASS agentliyi bildirir ki, FIFA-nın mətbuat xidmətindən bu haqda verilən məlumatda deyilir: “FIFA “Qətər-2022”nin təşkilat komitəsi ilə, habelə 2022-ci il dünya çempionatının təchizatı üzrə ali komitə ilə daim əlaqə saxlayır. Bu mövzuda əlavə şərh verməyəcəyik”.Blokada ilə əlaqədar yayılmış şayiələrə görə, 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərin 7 şəhərində – Doha, Lusail, Al Vakr, Al Xore, Al Rayan, Ümm-əs-Salal və Mədinət-əş-Şamal şəhərlərində keçirilməsi nəzərdə tutulan dünya çempionatı ləğv edilə bilər.xeber100.com