Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zumanın istefasından sonra ölkə parlamenti yeni prezident seçib.TASS agentliyi xəbər verir ki, bu gün Milli Assambleyanın iclasında deputatlar tərəfindən irəli sürülmüş yeganə namizəd – CAR-ın hakim Afrika milli konqresi partiyasının lideri Siril Ramafosanın prezident seçilməsi barədə qərar qəbul olunub. Bu barədə Konstitusiya Məhkəməsinin sədri Moxoenq Moxoenq məlumat verib.Parlamentin buraxılmasında və növbədənkənar seçkilər keçirilməsində israr edən müxalifət partiyaları öz namizədlərini irəli sürməməyi qərara alıblar. “İqtisadi azadlıq uğrunda mübarizlər” sol-radikal partiyasının parlament fraksiyası Ramafosanın namizədliyinə qarşı bir neçə uğursuz cəhddən sonra etiraz əlaməti olaraq iclasın başlanğıcında salonu tərk edib.Xatırladaq ki, hakim partiya istefaya getməsi üçün Prezident Ceykob Zumaya iki gün vaxt vermişdi və o, dünən axşam keçirdiyi mətbuat konfransında vəzifəsindən rəsmən getdiyini bəyan edib. Zuma bəyanatında bu addımı partiyasının parçalanmaması naminə atdığını deyib. Onun ikinci prezidentlik müddəti 2019-cu ilin mayında başa çatmalı idi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…