Müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan Braziliya prezidenti Dilma Rousseff könüllü olaraq istefa verməyəcəyini bəyan edib. TASS agentliyinin məlumatına görə, bu barədə Dilma Rousseff jurnalistlərə verdiyi açıqlamada bildirib. “Mən qətiyyən istefa vermək niyyətində deyiləm. İmpiçment prosesini isə dövlət çevrilişinə cəhd kimi qiymətləndirirəm. Üzərimdə qurulan qurama və məzhəkə dolu məhkəmənin yeganə məqsədi qeyri-qanuni yolla yeni dövlət başçısı seçməkdir. Hazırda prezident səlahiyyətlərini icra edən Mişel Temer tək mənə qarşı deyil, seçicilərə qarşı xəyanətkarlıq edib. O, məhz mənim hökumət proqramıma uyğun olaraq vitse-prezident kürsüsünə əyləşib”, deyə Dilma Rousseff vurğulayıb. Braziliya Senatı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan prezident Dilma Rousseffin impiçmenti məsələsinə avqustun 25-də baxacaq. Dilma Rousseffin vəzifədən 180 gün müddətinə kənarlaşdırılmasından sonra vitse-prezident Mişel Temer yeni hökumət qurub. Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Rousseff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…