TASS informasiya agentliyinin məlumatına görə…

26 Dekabr 2022 10:39

Xəbər 124 dəfə oxunub

Serbiyada ammonyakla dolu bir neçə vaqon aşıb. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, dəmir yolunun Sopotski-Xan qəsəbəsinə yaxın olan Pirot-Staniçenye hissəsində ammonyakla dolu bir neçə vaqon aşıb. Hüquq-mühafizə orqanları hadisə yerinə yaxın yaşayan vətəndaşlardan evdən çıxmamağı xahiş edib. Pirot-Bela-Palanka istiqamətində avtomobillərin hərəkəti dayandırılıb, sürücülərə başqa yoldan istifadə etmək tövsiyə olunub. Qəza ammonyak sızması ilə nəticələnib. Həmin ərazidə yollarda görüntü zəifdir. Hadisə yerində polis, xilasedicilər və yanğınsöndürən briqadası işləyir.xeber100.com