Livanın Baş naziri Saad Hariri öz postunu tərk edib. Onun bəyanatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindən “Al Mustaqbal” və “Al Arabiya” telekanalları tərəfindən yayımlanıb.TASS informasiya agentliyi xəbər verir ki, müraciətdə Hariri həyatının təhlükə altında olduğunu bildirib. “Livanda atamın öldürülməsindən əvvəlki vəziyyət hökm sürür”, – deyə o qeyd edib.Qeyd edək ki, 1992-ci ildən 1998-ci ilədək və 2000-ci ildən 2004-cü ilə qədər hökumət başçısı postunu tutan Rafiq Hariri 2005-ci il fevralın 14-də terror hadisəsi nəticəsində həlak olmuşdu.Baş nazir istefasının əsas səbəbi kimi xarici ölkələrin, həmçinin onlarla əlbir olan Hizbullah qruplaşmasının Livanın daxili işlərinə qarışmasını göstərib. Livan Prezidentinin mətbuat xidmətinin informasiyasına görə, Hariri ölkə sərhədləri xaricindən Prezident Mişel Auna zəng vuraraq istefası barədə məlumat verib. Prezident Aun Baş nazirin Beyruta qayıtmasını və istefasının səbəbini lazımi qaydada izah etməsini gözləyir.“Əl-Mayadin” telekanalında yayımlanan xəbərə görə, parlamentin spikeri Habih Berri Baş nazirin bəyanatı fonunda Misirə səfərini yarımçıq qoyaraq vətəninə qayıdıb. Həmçinin Prezident Aunun Küveytə planlaşdırılan səfəri də sual altındadır.“Livan modeli”nə əsasən, ölkənin Baş naziri müsəlman-sünni, parlamentin spikeri müsəlman-şiə, prezident isə xristian-maronit olmalıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…