2021-ci ildə “Brent” markalı neftin bir barrelinin qiyməti 40-45 dollar arasında dəyişəcək.TASS informasiya agentliyi xəbər verir ki, bu proqnoz “Moody`s” reytinq agentliyinin məruzəsində yer alıb.Hasilatçılar 3-5 il ərzində belə qiymətlərlə yalnız ən ucuz neft ehtiyatlarını çıxarmağa çalışacaq. Yüksək məsrəf tələb edən yataqlardan resurs hasil etmək üçün qara qızılın barrelinin qiyməti 50-55 dollara qədər bahalaşmalıdır.Məruzədə, həmçinin qeyd olunur ki, dünyada neft və neft məhsulları ehtiyatı yüksək olaraq qalacaq və kiçik templə aşağı düşəcək.ABŞ-ın şist neft istehsalçıları son zamanlar artan qiymətlər fonunda daha aktiv qazma işləri aparmağa başlayıb. Lakin Amerika hasilatında nəzərəçarpacaq sürətlənməni WTI neftinin bir barrelinin qiymətinin 55 dollardan yuxarı qalxması halında müşahidə etmək olar.“Moody`s” reytinq agentliyinin ekspertləri 2020-ci ilin iqtisadi tənəzzülündən sonra 2021-ci ildə neft bazarının aktivliyinin bərpa olunacağını düşünürlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…