Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Suriyada vəziyyətin dəyişməsi səbəbindən aprelin 10-da Rusiyaya planlaşdırılan səfərini ləğv edib. Bu barədə xarici siyasət idarəsinin aprelin 8-də yayımlanan bəyanatında deyilir.TASS informasiya agentliyi xəbər verir ki, Conson məsələ ilə bağlı öz mövqeyini bildirərkən bundan sonra prioritetinin aprelin 10-11-də “Böyük yeddiliyin” iclasına hazırlıq çərçivəsində ABŞ və digər tərəflərlə təmasları davam etdirmək olduğunu deyib.“Bu təmasların məqsədi yer üzərində barışın və siyasi prosesin gücləndirilməsi üçün beynəlxalq koordinasiyalı dəstəyin yaradılması olacaq”, – deyə nazir qeyd edib.Rəsmi Moskva səfərin ləğvini səhv qərar adlandırıb. Bununla yanaşı, Kremldən bildiriblər ki, ABŞ-ın dövlət katibi Reks Tillersonun Rusiyaya aprelin 11-12-nə planlaşdırılan səfəri qüvvədə qalır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…