“Temperer” xüsusi əməliyyatı çərçivəsində hökumət binalarını və əsas tarixi abidələri qorumaq üçün polisin köməyinə göndərilmiş Böyük Britaniya silahlı qüvvələrinin əsgər və zabitləri mayın 30-u gecə yarısına qədər bu funksiyaları yerinə yetirəcək.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə ölkənin Baş naziri Tereza Mey bildirib.“Bank tətilləri ilə əlaqədar zəngin keçəcək həftə sonunda bir çox idman tədbirləri baş tutacaq. İnsanlarda maksimum əminlik yaratmaq üçün təhlükəsizliyin təmin olunmasının detallı planı həyata keçirilir. “Temperer” əməliyyatı bank tətilləri bitənə qədər davam edəcək”, – deyə Britaniya hökumətinin başçısı “Downing Street”dəki iqamətgahda keçirilən fövqəladə hökumət komitəsinin iclasından sonra bildirib.Xatırladaq ki, mayın 22-də “Manchester Arena” stadionunda amerikalı müğənni Ariana Qrandenin konsertindən sonra partlayış baş verib. Partlayıcı qurğu konsert zalının xaricində – foyedə işə salınıb. Hadisə nəticəsində çox sayda insan həlak olub və yaralanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…