İordan çayının qərb sahillərində Qüds şəhəri yaxınlığında Xar-Adar yaşayış yerində odlu silahla silahlanmış fələstinli İsrailin təhlükəsizlik xidmətinin əməkdaşlarına hücum edib.TASS informasiya agentliyi xəbər verir ki, insident nəticəsində 3 polis işçisi həlak olub. İsrail polisinin mətbuat xidməti hücum edən şəxsin də öldürüldüyünü bildirib.Qeyd edək ki, Fələstin-İsrail qarşıdurmasında hazırkı zorakılıq dalğası 2015-ci ilin sentyabrında başlayıb. Həmin vaxtdan etibarən soyuq və odlu silah, partlayıcı, həmçinin taran qismində istifadə olunan avtomobillər vasitəsilə törədilən yüzlərlə hücum nəticəsində 50 nəfərdən çox yəhudi və bir neçə xarici ölkə vətəndaşı öldürülüb, 500-dən artıq insan isə yaralanıb. Fələstin KİV-lərinin verdiyi məlumata görə isə hücum və terror aktları nəticəsində, həmçinin azı 300 fələstinli həyatını itirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…