Almaniyanın sabiq federal prezidenti Roman Hertsoq 82 yaşında vəfat edib.TASS informasiya agentliyi xəbər verir ki, Roman Hertsoq (Xristian-Demokratik İttifaqı) 1994-cü ildən 1999-cu ilədək Almaniya Federativ Respublikasının prezidenti olub.O, 1934-cü il aprelin 5-də Landshut şəhərində (Bavariya) doğulub. Münxen Universitetini bitirib. 1966-cı ildə Berlin Azad Universitetində dövlət hüququ kafedrasına başçılıq edib. Karlsrue Federal Konstitusiya Məhkəməsinin sədri olub, Baden-Vyurtemberq torpağının Daxili İşlər Nazirliyinin başçısı vəzifəsində çalışıb. 1994-cü ildə birləşmiş Almaniyanın il prezidenti seçilib. 1999-cu ildə bu vəzifədə onu Yohaness Rau əvəz edib.Almaniya dövlətinin hazırkı başçısı Yoahim Qauk Hertsoqun həyat yoldaşı Aleksandre fon Berlihingenə başsağlığı verib. “O, Almaniyanın milli şüurunu formalaşdıran dahi şəxsiyyət olub”, -deyə Qauk qeyd edib. Onun fikrincə, Hertsoq “əhalinin əksəriyyətinin simpatiyasını və hörmətini qazanaraq vətəndaşlar və siyasətçilər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verib”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…