ABŞ-ın Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Nüvə Təhlükəsizliyi İdarəsi və ölkənin Hərbi Hava Qüvvələri B61-12 idarəolunan nüvə bombasının sınağını keçirib.TASS informasiya agentliyi xəbər verir ki, sınaqlardan 2-si iyunun 9-da Nevada ştatında yerləşən “Tonopa” poliqonunda baş tutub. Sınaq zamanı nüvə başlığı olmayan bomba B-2 “Spirit” bombardmançı təyyarəsindən atılıb.“Uçuş sınaqları B61-12 bombasının dizaynının sistem tələblərinə cavab verdiyini və onun milli təhlükəsizlik tələblərinə uyğun gəldiyini nümayiş etdirib”, – deyə Milli Nüvə Təhlükəsizliyi İdarəsinin nümayəndəsi general Maykl Lutton bildirib.B61-12 idarəolunan bombanın istifadəsi ABŞ-ın nüvə arsenalındakı B61 bombasının mövcud variantlarını əvəzləməyə imkan verəcək. Bu bombaların 2020-ci ildə istehsal olunacağı bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…