İngiltərə Futbol Assosiasiyası Londondakı “Uembli” (Wembley) stadionunun 600 milyon funt-sterlinqə (788 milyon dollara) “Fulham” futbol klubunun sahibi Şahid Xana satılmasına razılıq verib.TASS informasiya agentliyi xəbər verir ki, Şahid Xan stadionu hələ bu ilin aprelindən satın almağa çalışsa da, yalnız son günlər danışıqlarda irəliləyiş əldə olunub. Lakin yekun qərar İngiltərənin Futbol Assosiasiyasının komissiyası tərəfindən verilməlidir.Sövdələşmə bəzi məhdudiyyətlərlə baş tuta bilər. Belə ki, sponsorlardan heç kim stadionun adının dəyişdirilməsi və ya mövcud olan brendə əlavələr edilməsi kimi hüquqa malik olmayacaq. Həmçinin Xan öz öhdəliklərini lazımi qaydada icra etməsə, assosiasiya stadionu geri almaq hüququnu özündə saxlayacaq.Biznesmen stadiondan sahibi olduğu “Jacksonville Jaguars” (Amerika Milli Futbol Liqası) komandasının oyunları üçün istifadə etmək niyyətindədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…