Ştatın baş prokuroru Erik Şnaydermanın sözlərinə görə, qurum xeyriyyə sahəsində qanuna əməl olunması ilə əlaqədar “Donald J.Trump Foundation” fondunda yoxlamalar aparır. TASS informasiya agentliyi xəbər verir ki, təhqiqat son zamanlar aşkara çıxan bəzi şübhəli əməliyyatlar səbəbindən başlayıb. ABŞ prezidenti postuna Respublika Partiyasından namizəd Donald Trampın xeyriyyə fondunun fəaliyyəti son aylar KİV-lərin diqqətini çəkib. Jurnalist təhqiqatı aparan “Washington Post” qəzeti milyarderin 2008-ci ildən yaratdığı fonda bir sent belə köçürmədiyini aşkarlayıb. Bundan başqa nəşrin iddiasına görə, Tramp xeyriyyəçilik üçün yığılan vəsaiti öz məqsədlərinə xərcləyib. Biznesmeni, həmçinin 2013-cü ildə “Tramp universiteti” adlı təşkilatın əleyhinə araşdırma aparmaq istəyən Florida ştatının prokuroru Pem Bondinin hesabına qanunsuz pul köçürməkdə də ittiham edirlər. “Forbes” jurnalının məlumatına əsasən, tikinti imperiyasının başçısı olan Donald Trampın varidatı 4,5 milyard dollar həcmində qiymətləndirilir. Biznesmenin özü isə 10 milyard dollardan çox kapitala malik olduğunu iddia edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…