“Tata Steel Chess 2020” turnirində səkkizinci turun oyunları keçirilib

20 Yanvar 2020 12:33

Xəbər 470 dəfə oxunub

Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” turnirində səkkizinci turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turnirin B qrupunda mübarizə aparan şahmatçımız Rauf Məmmədov ikinci qələbəsini qazanıb. Səkkiz turun nəticəsinə görə R.Məmmədovun aktivində 4,5 xal var.Qeyd edək ki, səkkizinci turda onun rəqibi yerli idmançı Maks Vermerdam olub.xeber100.com