Bu gün “Tata Steel Masters-2019” turnirində doqquzuncu turun partiyalarına start veriləcək.Azərtac xəbər verir ki, növbəti partiyalarda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov Yan Kşiştov Duda, Teymur Məmmədov isə Vladimir Fedoseevlə mübarizə aparacaq.Bundan əvvəlki turda Ş.Məmmədyarov hindistanlı Vişvanatan Ananda məğlub olub. Bu, şahmatçımızın Hollandiyada ikinci məğlubiyyəti idi. Təmsilçimiz altıncı turda dünya şahmat tacının sahibi Maqnus Karlsenə də uduzub. Ümumiyyətlə, Hollandiya turnirinin sonuncu üç turunda Şəhriyar cəmi 0,5 xal toplamağa nail olub.Yarışda inamlı oyunu ilə seçilən Teymur Rəcəbov isə xallarının sayını 4,5-ə çatdırmaqla turnir cədvəlində xeyli irəliləyərək 6-cı pillədə qərarlaşıb. İlk beşlikdə isə Maqnus Karlsen, Vişvanatan Anand (hərəyə 5,5 xal), Yan Nepomnyaşi, Dinq Liren və Aniş Giri (hərəyə 5 xal) qərarlaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…