ABŞ-ın “Tax Foundation” analitik mərkəzinin hesabatına görə, Estoniya rəqabətqabiliyyətli vergi sisteminə görə dünyada birinci yerdədir. “vergilər.az” saytı bildirir ki, hesabatda vergi siyasətinin 40-dan artıq göstəricisi beş kateqoriya üzrə qiymətləndirilib. Buraya başqa göstəricilərlə yanaşı, korporativ vergilər, fiziki şəxslərin gəlirlərindən vergi tutulması, istehlak vergisi, əmlak vergisi, eləcə də valyuta daxilolmalarından istifadə daxildir. Mərkəzin açıqlamasına əsasən, Estoniya reytinq üzrə birinci yerə dörd amilə görə layiq görülüb. Buraya korporativ vergi dərəcəsinin aşağı olması, əmlak vergisinin daşınmaz əmlakın qiymətinə və kapitala deyil, yalnız torpağın qiymətinə tətbiq edilməsi, eləcə də yaxşı düşünülmüş ərazi vergi sistemi daxildir. Reytinq üzrə ikinci və üçüncü yerləri Yeni Zelandiya və Latviya tutub. ABŞ, Yunanıstan, Portuqaliya, İtaliya və Fransa kimi ölkələr siyahıda ilk onluqda qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…