Ölkəmizin ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçini kampaniyası müvəffəqiyyətlə başa çatıb. Şəki taxılçıları builki mövsümdə 67 min 923 hektar sahədən 195 min ton məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 8,5 min ton artıb. Bu barədə Azərtac-a Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib. Qurumdan bildiriblər ki, tədarük olunan taxılın 127 min 431 tonu buğda, 66 min 956 tonu arpa, qalanı isə vələmirdir. Hər hektardan orta hesabla 29 sentner məhsul götürülüb. Biçilən sahələr qısa müddətdə küləşdən təmizlənib və artıq təsərrüfatlarda payızlıq taxıl səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. İndiyədək 4 min hektara yaxın sahədə şum aparılıb və bu iş davam etdirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…