Tbilisidə növbəti yoldaşlıq oyunu keçirilib

20 Dekabr 2016 11:59

Xəbər 828 dəfə oxunub

Tbilisidə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə növbəti yoldaşlıq oyununu keçirib.Azərtac xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb. Qolu Rəvan Məmmədov vurub.Komandalar arasında təşkil olunan ilk oyunda yığmamız 2:3 hesabı ilə məğlub olmuşdu.xeber100.com