Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Telekom” Türkiyədə beynəlxalq “Boğaziçi” turnirinə qatılacaq. Apasport.az saytının məlumatına görə, yarışda heyəti gənc və perspektivli voleybolçulardan qurulan Bakı təmsilçisi ilə yanaşı, daha 5 klub yeni mövsüm üçün oyunçularını sınaqdan keçirəcək. Belə ki, qonşu ölkədə yerli komandalardan “Əczaçıbaşı”, “Beşiktaş”, “Çanakkale Bələdiyyəsi”, “Halkbank” və “Sarıyer Bələdiyyəsi” Super Liqanın gümüş medalçısının rəqibləri olacaq. Bu klublardan birincisini xüsusi vurğulamaq yerinə düşər. Çünki Türkiyədə daima tarix yazmaqla, uğurlarını sıralayırlar. “Əczaçıbaşı” 11 dəfə ölkə çempionu olmaqla yanaşı, 8 dəfə Türkiyə kubokunu, 2 dəfə Superkubokunu qazanıb. Həmçinin klublararası dünya çempionatının, Çempionlar Liqasının, CEV kubokun qalibidi. Artıq yarışın püşkü atılıb və təqvimi də məlumdu. A qrupunda yer alan “Telekom” “Sarıyer Bələdiyyəsi” və “Beşiktaş”la münasibətinə aydınlıq gətirəcək. Sentyabrın 28-də başlayacaq yarışda ilk 2 yerin sahibləri yarımfinala yüksələcək. Qalibin adına oktyabrın 2-də aydınlıq gələcək. Klubdan saytımıza verilən məlumata görə, İstanbula yollanmaqda məqsəd hər bir gənc voleybolçunun son durumunu diqqətdən keçirmək və onların oyun təcrübəsini artırmağa hesablanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…