Tennis üzrə ABŞ açıq çempionatının keçiriləcəyi elan edilib

18 İyun 2020 13:07

Xəbər 888 dəfə oxunub

Nyu-Yorkun qubernatoru Endryu Kuomo bu mövsüm tennis üzrə ABŞ açıq çempionatının keçiriləcəyini elan edib.Azərtac xəbər verir ki, turnir plana əsasən avqustun 31-də başlayacaq və sentyabrın 13-də yekunlaşacaq.Kuomo təşkilatçıların təhlükəsizliklə bağlı sərt tədbirlər görəcəyini də bildirib. Onun sözlərinə görə, tennisçilər turnir boyunca müntəzəm olaraq testdən keçəcək və onların qalacağı ərazi daim dezinfeksiya olunacaq. Onlara xüsusi nəqliyyat vasitəsi ayrılacaq və paltardəyişmə otağında sosial məsafə qaydası tətbiq ediləcək.N.Cokoviç başda olmaqla bəzi tennisçilər belə şərtlər altında çıxış etməyin əleyhinə olduqlarını bildiriblər.xeber100.com