Tennis üzrə Avstraliya açıq turnirinin ilk yarımfinalçısı müəyyənləşib.Azərtac xəbər verir ki, dörddəbir finalda amerikalı Tennisa Sandqrenanı məğlub edən isveçrəli Roje Federer yarımfinala ilk vəsiqənin sahibi olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 38 yaşlı R.Federer 3:2 (6:3, 2:6, 2:6, 7:6, 6:3) hesabı ilə qalib gəlib. Qarşılaşma 3 saat 50 dəqiqə davam edib.Növbəti mərhələdə Roje Federerin rəqibi Novak Çokoviç (Serbiya) və Miloş Raoniç (Kanada) arasındakı qarşılaşmanın qalibi olacaq.Qeyd edək ki, Avstraliya açıq turniri “Böyük dəbilqə” seriyasının 2020-ci ildəki ilk yarışıdır. Fevralın 2-dək davam edəcək turnirin ümumi mükafat fondu 49,1 milyon dollardır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…