Tennis üzrə Avropa çempionatı keçiriləcək

12 Sentyabr 2017 12:13

Xəbər 872 dəfə oxunub

Sentyabrın 13-17-də Lüksemburqda stolüstü tennis üzrə Avropa çempionatı keçiriləcək.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildirilib ki, çempionat ərəfəsində ümumi konqres və Avropa Stolüstü Tennis İttifaqının 60 illik ildönümünə həsr olunmuş tədbir keçiriləcək.Azərbaycanı çempionatda bir qadın və bir kişi komandası təmsil edəcək. Həmçinin federasiya rəsmilərinin konqresdə və yubiley tədbirində iştirakı nəzərdə tutulub.xeber100.com