Fevralın 20-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş ölkə çempionatı start götürüb.Azərtac xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Fazil Məmmədov çempionatın cari ildə ASTF-in keçirdiyi ilk rəsmi tədbir olduğunu vurğulayıb. Ötən il stolüstü tennisçilərimizin mühüm nailiyyətlər qazandıqlarını vurğulayan F.Məmmədov deyib ki, müstəqil Azərbaycan tarixində stolüstü tennis üzrə gənclər arasında ilk Avropa çempionumuz var. Artıq bir tennisçimiz 2018-ci il Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Federasiyanın bu il üçün də tədbirlər planı olduqca zəngindir. Stolüstü tennisçilərimiz yerli və beynəlxalq yarışlarda iştirak edəcəklər.Azərbaycan dövlətinin ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına yüksək diqqət və qayğı göstərdiyini qeyd edən federasiyanın vitse-prezidenti bildirib ki, ölkəmizin idman imicinin yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər görülüb.Çempionatda respublikanın şəhər və rayonlarından 120-dən çox idmançı iştirak edir. Bakı, Sumqayıt, Şəki, Şirvan, Salyan, Gədəbəy, Samux və digər rayonların idmançıları şəxsi, komanda, qoşa və qarışıq qoşa kateqoriyalarında mübarizə aparacaqlar. Ölkə çempionatına fevralın 23-də yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…